SİYASƏT


Qələbəmizi həzm edə bilməyənlər

Münaqişə dövründə Avropa Şurası Parlament Assambleyası (AŞPA) ara-sıra anti-Azərbaycan, ermənipərəst çıxışlarda yadda qalıb. Sirr deyil ki, burada müəyyən qrupların diktəsi ilə qərarlar hazırlanıb. Belə ki, AŞPA-da Fransa və onun sıx işlədiyi dairələr daha fəaldır. AŞPA onların və digər ermənipərəst mövqeləri ifadə edən qüvvələrin təsiri altında olaraq bu cür qərarlar qəbul edirdi. Bu fikirləri AZƏRTAC-a müsahibəsində politoloq İlqar Vəlizadə deyib.