CƏMİYYƏT
Lənkəranda görkəmli sərkərdə Həzi Aslanovun xatirəsi anılıb
26.01.2024 [16:36]
Xəbərin mətni
Müdafiə Nazirliyi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, müharibə veteranları, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri, eləcə də əfsanəvi sərkərdənin ailə üzvləri Lənkəran şəhərindəki Həzi Aslanov adına Xatirə parkını ziyarət edib, unudulmaz qəhrəmanın abidəsi önünə əkil qoyub, qərənfillər düzüb və xatirəsini ehtiramla yad ediblər.