CƏMİYYƏT


İki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu araşdırma aparır

Bakıda iki qardaş səssiz ölümün qurbanı olub. Hadisə Nərimanov rayonu ərazisində gənclərin kirayə qaldığı evlərin birində qeydə alınıb. Tovuz rayon Ağbulaq kənd sakini sakini 24 yaşlı Əli Həsənov və onun qardaşı 22 yaşlı Sərxan Həsənov yuxuda olan zaman dəm qazından boğulublar. Sərxan Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq ADA Universitetinin Hüquq fakültəsinə daxil olub. Prezident təqaüdçüsü olan Sərxan IV kurs tələbəsi idi. ABŞ-da təcrübə keçərək xarici məhkəmələrin metodikasını öyrənirdi. Əli isə üç ay əvvəl ailə həyatı qurmuşdu. Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.