CƏMİYYƏT


Lənkəranda davam edən Qanlı Yanvar hadisələri – şahidlər danışır

1990-cı il yanvarın 26-sı. Soyuq qış günü. Bakıdan törədilən Qanlı Yanvar qırğınından sonra bu dəfə dəhşətli xəbərlər bölgələrdən gəlməyə başladı. Ölkəmizin hər yerində imperiya əsarətinə, torpaqlarımızın işğalına qarşı etiraz edən həmvətənlərimiz haqq səslərini dünyaya çatdırmağa çalışırdılar. Cənub bölgəsində, o cümlədən Lənkəranda da vəziyyət gərgin idi, azadlıq, müstəqillik istəyən xalq ayağa qalxmışdı.