SİYASƏT
Ceyhun Bayramov: İrandakı səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir
27.01.2024 [12:35]
Xəbərin mətni
Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi üçün iki əsas məqama diqqət yetirəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, bunlardan birincisi terror aktı ilə bağlı istintaqın başa çatması və qərarın qəbul edilməsidir. İkincisi isə səfirliyimizin təhlükəsizliyinə tam şəkildə təminat verilməsi və bizim bundan arxayın olmağımızdır.