CƏMİYYƏT


17 yaşdan aşağı gənclər də narkotikdən istifadə edir

Əsrin bəlası olan narkotikə alüdə olanların sayı durmadan artır. Statistika göstərir ki, təkcə Bakı şəhəri üzrə 2023-cü ilin əvvəlində qeydiyyatda olan xəstələrin sayı 11 min 900 idisə, ilin sonunda bu rəqəm 12 min 200-ə yüksəlib. Onlardan 500 nəfəri qadındır. Ən dəhşətlisi isə narkotik istifadəçilərinin yaş həddi ilə bağlıdır. Bakı Şəhəri Narkoloji Mərkəzinin həkim-narkoloqu Fizzə Baxışova deyir ki, hazırda narkotik istifadəçiləri arasında yaşı 17-dən aşağı olanlar da var. Həkim bunun əsas səbəbini son zamanlar kimyəvi tərkibli psixotrop maddələrin artması ilə əlaqələndirir.