SİYASƏT


Cenevrədə Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinə qarşı etiraz aksiyası keçirilib

Yanvarın 27-də Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən BMT-nin Cenevrə bölməsinin qarşısında aksiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, aksiyanın məqsədi İsveçrənin və dünya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub.