CƏMİYYƏT
Fatmayı kəndində 2 ədəd əl qumbarası tapıldı
29.01.2024 [09:51]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
07.05.2024 [17:55]
07.05.2024 [14:36]
07.05.2024 [14:28]
07.05.2024 [19:13]
07.05.2024 [18:49]
07.05.2024 [18:09]
07.05.2024 [17:00]
04.05.2024 [21:02]
26.04.2024 [14:56]
03.05.2024 [17:30]
02.05.2024 [15:32]
02.05.2024 [15:28]
02.05.2024 [15:19]
02.05.2024 [13:30]