CƏMİYYƏT
Füzuliyə daha 27 ailə köçürüldü
29.01.2024 [10:29]
Xəbərin mətni
Yanvarın 29-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuliyə daha 27 ailə (115 nəfər) köçürülüb.