SİYASƏT


MSK sədri: Bu günədək 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib

Növbədənkənar prezident seçkiləri ilə bağlı 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Məlumdur ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var. Hər məntəqəyə 15-ə yaxın müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, çünki onların müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.