CƏMİYYƏT


9 yaşlı uşaq küçələrdə diləndirilib, şiddət görüb

9 yaşlı uşaq öz valideynləri tərəfindən dilənməyə məcbur edilib. Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. Onun dediyinə görə, uşaq polis əməkdaşına yaxınlaşaraq kömək istəyib və onu evə aparmamağı xahiş edib. 9 yaşlı uşaq küçələrdə diləndirilməklə yanaşı, valideynləri tərəfindən şiddət gördüyünü də deyir. Bildirir ki, yığdığı puldan yemək almaq üçün xərclədiyi zaman ana-atası tərəfindən döyülürmüş.