Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bəyənilməyən, amma minlərlə izləməsi olan videolar - TikTok

29.01.2024 [19:20]

Gəlin etiraf edək ki, “TikTok”da qarşımıza çıxan bəzi videoları nə biz, nə də cəmiyyət birmənalı qarşılayır. Maraqlısı isə odur ki, insanlar tərəfindən müsbət qarşılanmayan, bəyənilməyən belə videolar bəs necə bu qədər izləmə yığır və əksər hallarda isə rekord qırır. Məsələn dünən sosial şəbəkələrdə məşhurlaşan bu videodakı azyaşlı uşağın ahıl qadına etdiklərini əyləncə adlandırmaq mümkün deyil. Psixoloqlar bu cür insanların müayyinədən keçməyini məqsədəuyğun hesab edir.