SİYASƏT


Türkiyədə prezident seçkiləri üçün 5 məntəqə yaradılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal şəkildə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi açıqlama yayıb.
Açıqlamada deyilir ki, bu məqsədlə səfirlikdə 46 və 47, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri yaradılıb.