Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyası Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə seminar keçirib

30.01.2024 [17:45]

Xəbərin mətni

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə layihəsi çərçivəsində yanvarın 30-da seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan tədbir, səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə prezident seçkilərinin təşkilinə dair məsələlərin müzakirəsinə həsr olunub.