CƏMİYYƏT


Binəqədidə baş verən partlayışın səbəbi və səbəbkarları açıqlandı

Binəqədidə baş vermiş partlayış-yanğın hadisəsi ilə bağlı 2 nəfər həbs olunub. Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.