Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həyətdə oynayan uşaq su quyusuna düşdü

30.01.2024 [21:19]

Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalan 2015-ci il təvəllüdlü Y.Quliyev FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırlıb.