Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Bankın sədri inflyasiyaya azaldıcı təsir göstərən əsas amili açıqlayıb

31.01.2024 [12:11]

Ötən il valyuta bazarında tarazlıq inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb. 2023-cü ildə Mərkəzi Bankda keçirilmiş valyuta hərracının 92 faizində təklif tələbi üstələyib. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.