Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xaçmazda emal olunan fındıq məhsullarının 90 faizi xarici bazara göndərilir

31.01.2024 [18:50]

Xəbərin mətni

Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən sayılır. Kənd əhalisinin əsas qazanc mənbələrindən olan fındıq istehsalı son illər daha da artıb. Bu səbəbdən rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi ilə yanaşı, artıq fındığın emalı və təkrar emalını həyata keçirən fabriklər də fəaliyyətə başlayıb.
Rayonun Qusarçay kəndində fəaliyyət göstərən fındıq fabrikində gün ərzində 20 ton məhsul emal olunur.
Fabrikdə təsərrüfatçılardan alınan qabıqlı fındıq sındırılaraq ləpə halına salınır. Emal olunan fındıq ləpəsinin 90 faizi xarici bazara ixrac edilir.