İDMAN


“Paris-2024”ə hazırlaşan parataekvondoçularımız EKSKLÜZİV

Fransanın paytaxtında keçiriləcək “Paris 2024” XVII Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıların bir çoxu artıq bəllidir. Hazırda Azərbaycan paralimpiyaçılarından 9 nəfəri “Paris 2024”-ə lisenziya qazanıb. Həmin idmançılar haqqında AZƏRTAC-a Azərbaycan Milli Paralimpiya Komitəsinin idman şöbəsinin müdiri Şahvələd Əliyev məlumat verib. Daha sonra Azərbaycan Taekvando Federasiyasının məşq zalında parataekvondoçularımızın hazırlıq prosesini izlədik.