CƏMİYYƏT


Artıq polisə elektron formada müraciət etmək mümkün olacaq

Daxili İşlər Nazirliyi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması və vətəndaş yönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən innovativ texnoloji həllərin davamı olaraq göstərdiyi elektron xidmətləri daha da əlçatan etdi.

​Artıq vətəndaşlar polis idarəsinə getmədən Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcək. Bunun üçün E-Polis tətbiqində və ya e-xidmet.mia.gov.az portalında identifikasiya nömrəsi və ya asan login ilə qeydiyyatdan keçmək kifayətdir.