Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lerikdə yanan obyektin sahibi danışdı

01.02.2024 [18:06]

Xəbər verdiyimiz kimi, ötən gecə Lerik rayonu ərazisində yerləşən "Təbəssüm" istirahət mərkəzində güclü yanğın baş verib. Obyekt sahibi Akif Əliyev bildirdi ki, yanğın zamanı ümumi sahəsi 410 kvadratmetr olmaqla, 5 kottec yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Lerikdən 2, Lənkərandan isə 1 texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın səhər saatlarında lokallaşdırılıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.