SİYASƏT


Məntəqələrdə veb-kameraların quraşdırılması prosesi yekunlaşıb

İndiyədək seçki prosesi ilə bağlı heç bir şikayət daxil olmayıb.Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.  Sədr həmçinin qeyd edib ki, Azərbaycanda prezident seçkilərini izləmək üçün 86 min 490 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 790 nəfəri beynəlxalq müşahidəçidir. Məzahir Pənahovun sözlərinə görə, məntəqələrdə veb-kameraların quraşdırılması prosesi də artıq yekunlaşıb. Müəyyən iradlarla bağlı danışan sədr bildirib ki, cəmiyyət, vətəndaşlar bu prosesdə çox həssas olmalıdırlar.