CƏMİYYƏT


Qazla su qızdırıcıları işlədənlərin nəzərinə - Səssiz ölüm gətirə bilər

Soyuq ayların ən ağrılı mövzularından biri də mənzillərdə qaz sızmasından baş verən partlayışlar, dəm qazından zəhərlənmələrdir. Son zamanlar səssiz ölümün qurbanlarının sayı artıb. Bunun əsas səbəbi isə mənzillərdə düzgün quraşdırılmayan və ya illərlə dəyişilməyən qaz qurğularıdır.