CƏMİYYƏT


Polis vətəndaşlara müraciət etdi - Aldanmayın

Dələduzlar özünə hədəf seçərkən müxtəlif üsullardan istifadə edirlər. Ya hansısa bank xidmətinin əməkdaşı rolunu oynayır, ya da onlayn ticarət üzərindən vətəndaşın kart nömrəsini ələ keçirməyə çalışırlar. Yollar fərqli olsa da məqsəd birdir, insanların pullarını mənimsəmək.
Araşdırma nəticəsində bilinir ki, həmin şəxslər bəzən ölkə xaricində olur və onların da məsuliyyətə cəlb olunmasında çətinliklər yaranır. Belə olan halda vətəndaş artıq dələduzluğa məruz qalarsa dərhal bu barədə polisə məlumat verməlidir.