Vyanada görkəmli kinorejissor Rasim Ocaqovun xatirəsinə bədii-musiqili tədbir keçirilib
02.02.2024 [15:48]
Xəbərin mətni
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun 90 illik yubileyi münasibətilə bədii-musiqili axşam təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və rejissorun ailəsi adından nəvəsi Nərminə Həsənova çıxış ediblər.