Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gecə iş başında olan zəhmətkeş çörəkçilər - Qusardan reportaj

02.02.2024 [16:48]

Xəbərin mətni

Gecə saat ikidir. Əksər insanlar şirin yuxuda olsa da, çörəkçilər iş başındadırlar. Onların bişirdiyi dadlı, ətirli, isti çörəklər səhər tezdən istehlakçılara çatdırılacaq. AZƏRTAC-ın bölgə müxbiri gecə Qusarda fəaliyyət göstərən çörək istehsalı müəssisələrindən birinə baş çəkib, zəhmətkeş çörəkçilərin fəalliyyəti ilə maraqlanıb. Uzun illərdir fəaliyyət göstərən çörək zavodu 2015-ci ildə dövlət dəstəyi ilə yenilənib, burada Rusiyadan gətirilən müasir avadanlıqlar quraşdırılıb. Bununla da inkişafının yeni mərhələsinə qədəm qoyan müəssisənin sutkalıq istehsal gücü 20 tona çatdırılıb.