SİYASƏT


Jan-Pyer Massias: Fransanın Qvianada açdığı internat məktəblərində cinsi zorakılıq halları ilə bağlı nümunələr var

Bu tədbirin məqsədi mürəkkəb məsələ olan - XX əsrdə Qvianada yerli uşaqlar üçün açılmış və din xadimləri tərəfindən idarə edilən internat məktəblərinə dair ilk məruzəni müzakirə etməkdir. Hesab etmək olar ki, bu internat məktəbləri bir növ mədəni assimilyasiya, yerli xalqın mədəniyyətinin dekonstruksiyası, kilsə və dövlət qurumları tərəfindən həyata keçirilən imperializm modeli idi. Çünki bu internat məktəblərinə dövlət tərəfindən dəstək göstərilirdi. Məqsədimiz hadisələrin necə baş verdiyini təhlil etmək üçün araşdırma komissiyası yaratmağa ehtiyac olub-olmadığını nəzərdən keçirmək və sonra bu mexanizmlərlə bağlı atacağımız addımları müəyyənləşdirməkdir.