SİYASƏT


Komando bölmələri yeni tədris dövründə müxtəlif tapşırıqların icrasını məşq etdirirlər

Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar komando bölmələri müxtəlif tapşırıqların icrasını məşq etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məşqlərdə yaranmış vəziyyətə uyğun olaraq qərargah tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanaraq bölmələrə tapşırıqlar verilib.