SİYASƏT


Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirilib.
Tədbir çərçivəsində bir qrup gəncin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil olunub. Muzeydə nümayiş olunan müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş artilleriya qurğuları, aviasiya və hava hücumundan müdafiə vasitələri, mühəndis, zirehli tank və avtomobil texnikaları, piyadanın döyüş maşınları və digər eksponatlar gənclər tərəfindən maraqla qarşılanıb.