CƏMİYYƏT


Lənkəranda “Gənclər Paytaxtı” layihəsinin açılışı olub

Fevralın 2-də Lənkəran şəhərində “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.
“Gənclər Paytaxtı” layihəsinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov çıxış ediblər.