SİYASƏT


Fransa Milli Assambleyasının üzvü: Fransız Polineziyasının yerli xalqları olaraq tariximizdən, dilimizdən, adət-ənənələrimizdən qoparılmışıq

Polineziyanın yerli xalqları olaraq biz də eyni problemlə qarşılaşırıq, tariximizdən, dilimizdən, adət-ənənələrimizdən qoparılmışıq.
Bu fikri Fransa Milli Assambleyasında solçu demokrat və respublikaçı parlamentar qrupun, Lui Juane İnstitutunun (IFJD-Institut Louis Joinet) birgə təşkilatçılığı ilə keçirilən “Qviananın hindi əhalisinə dair həqiqət komissiyası” adlı kollokviumun iştirakçısı, Assambleyanın Fransız Polineziyasından deputatı Stiv Şayu AZƏRTAC-a açıqlamasında deyib.