CƏMİYYƏT
Abşeronda qanunsuz tikili sökülüb
03.02.2024 [12:20]
Abşeron rayonu, Xırdalan şəhərinin H.Z.Tağıyev küçəsi və Quşçuluq massivi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.