Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hansı işçilərin əmək kitabçaları ləğv olunacaq? AÇIQLAMA

03.02.2024 [12:38]

“Əmək və məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçildi. “Əmək və məşğulluq” altsisteminin tətbiqi ilə kağız üzərində kadr inzibatçılığının elektron müstəviyə keçirilməsi və ümumilikdə əmək bazarının rəqəmsallaşdırılması təmin edilir. Bildiririk ki, əmək kitabçalarının dövriyyədən çıxarılması mərhələli şəkildə həyata keçirilməli bir prosesdir və “Əmək və məşğulluq” altsistemi (ƏMAS) üzərindən tədricən aparılacaq. Bunun üçün ilk növbədə Əmək məcəlləsində rəqəmsallaşma ilə bağlı Qanunvericilə dəyişiklər edilməlidir. Mövzu ilə bağlı müvafiq olaraq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. İlk mərhələdə 2014-cü ilin iyunun 1-dən sonra sonra əmək fəaliyyəti olan şəxslərin əmək kitabçalarının ləğvi nəzərdə tutulub. Çünki həmin şəxslərin əmək tarixçəsi artıq ƏMAS-da mövcuddur və zamanla əmək kitabçalarının dövriyyədən çıxarılması baş tutacaq. Bu tarixdən əvvəl əmək fəaliyyətinə başlayan şəxslərin isə stajını müəyyənləşdirmək yenə də əmək kitabçaları üzərindən aparılacaq.