Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistanda Azərbaycanın Gənclər Gününə həsr olunmuş tədbir təşkil edilib

03.02.2024 [14:56]

Xəbərin mətni

Gənclər Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi ilə Daşkənddə tədbir və konsert proqramı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin diplomatları, burada çalışan, yaşayan azərbaycanlılar, çoxsaylı gənclər, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.