SİYASƏT


Jan-Viktor Kastor: Fransa Qviana ilə bağlı həqiqətlərin üzə çıxarılmasını istəmir

Fransa Qviananın yerli əhalisi ilə bağlı həqiqət komissiyasının yaradılmasına qarşı çıxır, çünki Qvianada törətdiyi əməllərlə bağlı araşdırma aparılmasını və həqiqətlərin üzə çıxarılmasını istəmir.

Bu fikri Fransa Milli Assambleyasında solçu demokrat və respublikaçı parlamentar qrupun, Lui Juane İnstitutunun (Institut Louis Joinet - IFJD) birgə təşkilatçılığı ilə keçirilən “Qviananın hindi əhalisinə dair həqiqət komissiyası” adlı kollokviumun iştirakçısı, Qvianadan olan deputat Jan-Viktor Kastor AZƏRTAC-a açıqlamasında deyib.