Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səsi ilə məşhurlaşan Raul “Sarı gəlin” oxudu

05.02.2024 [19:31]

Bu gün bizim qonağımız qısa müddət ərzində sosial şəbəkələrdə məhşurlaşan Rauldu. Qəhrəmanımız deyir ki, videomun qısa müddətdə belə çox izlənməsinə inanmırdım. Onu tez bir zamanda məşhurlaşdıran isə gözəl səsi ilə yanaşı öz ifalarını əlindəki aşsüzənlə müşayiət etməsidir. Bizsə komandamız adından Raula yeni bir qaval hədiyyə etdik. Artıq mahnılarını bu alətlə daha gözəl ifa edəcək.