SİYASƏT


MDB PA-nın nümayəndə heyəti növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırıb

Fevralın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini, MDB PA beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.