Mərkəzi Seçki Komissiyasının sədri TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb
06.02.2024 [12:00]
Xəbərin mətni
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə MSK sədri ilk dəfə olaraq seçkilərin azad edilmiş ərazilərimizdə də keçiriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər.