SİYASƏT
Cənubi Koreyadakı seçki məntəqəsi səsverməyə hazırdır
06.02.2024 [15:42]
Xəbərin mətni
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləriləri ilə əlaqədar səsvermə prosesinin başlamasına bir neçə saat qalır. Ölkə hüdudlarından kənarda yaşayan və uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin edilməsi məqsədi ilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə səsvermə prosesi məhz Cənubi Koreyada başlayacaq.