SİYASƏT


Ukrayna Zəfər seçkisinə tam hazırdır

Növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyində yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır. Ukraynada seçki komissiyasının katibi Fərid Babayev AZƏRTAC-a bildirib ki, Seçki Məcəlləsinin maddələrinə uyğun olaraq 17 saylı üçüncü seçki dairəsinin 49 saylı seçki məntəqəsində səsvermək üçün bütün hazırlıqlar görülüb. 7 fevral tarixində yerli vaxtla səhər saat 08:00-dan 19:00-a qədər vətəndaşlarımız səsvermədə iştirak edə biləcəklər.