SİYASƏT


Mərkəzi Seçki Komissiyasının sədri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaqlara 7 namizədin mübarizə apardığı seçki prosesi barədə məlumat verən M.Pənahov ölkədə medianın müstəqil olduğunu və prosesi izləmək üçün mətbuat nümayəndələrinə lazımi şəraitin yaradıldığını bildirib.