Müstəqil Azərbaycan tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə başlayıb
07.02.2024 [08:30]
Xəbərin mətni
Ölkəmizin hər yerində olduğu kimi, Xankəndi şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Xankəndidə seçkilər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsi şəhərin mərkəzi inzibati binasında yerləşir. Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.