SİYASƏT


Bugünkü prezident seçkiləri tarixi seçkilərdir

Bugünkü prezident seçkiləri tarixi seçkilərdir. Sevindirici haldır ki, bu prezident seçkiləri Azərbaycanın beynəlxalq ictimaiyyət və beynəlxalq qurumlar tərəfindən tanınıb qəbul edilmiş bütün sərhədləri daxilində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 7-də növbədənkənar prezident seçkilərinin başlaması ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.