SİYASƏT


Prezident seçkiləri 2024 - AZƏRTAC-ın xüsusi buraxılışı

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə 6,5 milyona yaxın seçici qeydə alınıb və səsvermə üçün ümumilikdə 6537 seçki məntəqəsi yaradılıb. Saat 12-ə olan nəticələrə görə, seçicilərin 38.57 faizi səsvermədə iştirak edib. Xüsusi ilə qeyd etməliyik ki, şeçkilər ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edir.