Prezident seçkiləri ilə əlaqədar Kiyevdə 600-ə yaxın Azərbaycan vətəndaşı səs verəcək
07.02.2024 [13:57]
Xəbərin mətni
Azərbaycanda növbədənkənar prezident seçkisi ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyində səsvermə keçirilir.
AZƏRTAC xəbər verir ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış 49 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayıb.
Ukraynada səhər saatlarında hava həyəcanı siqnalı verilsə də, vətəndaşlarımız təhlükəsiz şəraitdə səsvermədə fəal iştirak edirlər.