Azərbaycanın İtaliyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə davam edir
07.02.2024 [15:35]
Xəbərin mətni
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 11:00) başlayan səsvermədə İtaliya, Malta və San-Marinoda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, yaşı 18-ə çatmış və fəal seçki hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə iştirak edirlər.