SİYASƏT
Ərəb Parlamentinin prezidenti: Seçicilərin iradəsinə hər hansı bir müdaxiləyə qətiyyən rast gəlmədik
08.02.2024 [14:48]
Xəbərin mətni
Növbədənkənar prezident seçkilərində qazandığı böyük uğura görə Azərbaycanı təbrik etmək istəyirəm. Dünən biz bir çox seçki məntəqələrində müşahidə apardıq. Olduğumuz seçki məntəqələrinin hamısında çox yüksək fəallıq müşahidə etdik. Seçicilərin iradəsinə hər hansı bir müdaxiləyə qətiyyən rast gəlmədik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ərəb Parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında qurumun prezidenti, nümayəndə heyətinin rəhbəri Adel bin Əbdulrəhman əl-Asumi deyib.