SİYASƏT


İqor Korotçenko: Seçki prosesi heç bir qüsur olmadan baş tutdu

Biz 6 seçki məntəqəsində müşahidəçi qismində iştirak etdik. Olduğumuz məntəqələrdə hər şey yüksək səviyyədə təşkil edilmişdi. Seçki prosesi heç bir qüsur olmadan baş tutdu.
AZƏRTAC xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.