SİYASƏT


Serbiya Milli Assambleyası sədrinin müavini: Azərbaycanın demokratik prinsiplərə sadiqliyi danılmazdır

Fevralın 8-də Serbiya parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin müşahidəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Serbiya Milli Assambleyası sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Sandra Bozik Azərbaycan xalqını və hökuməti tarixi seçkilər münasibətlə təbrik edib. Bildirib ki, seçkilər texniki səviyyədə çox yaxşı təşkil edilib. Seçkilərin nəticəsi Azərbaycan xalqının vəhdət şəklində birləşdiyini göstərdi. Ona görə də seçki belə gözəl nəticə ilə yekunlaşdı.