CƏMİYYƏT
Oğuz sakinindən maraqlı təşəbbüs
12.02.2024 [13:11]
Xəbərin mətni
Oğuzun Xaçmazqışlaq kəndinin məhəllə və döngələrində Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin, Milli qəhrəmanların lövhələrinin quraşdırılması insanlar tərəfindən böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, bu maarifləndirici və vətənpərvər ideyanı həyata keçirən şəxs elə həmin kəndin sakini, təqaüdçü Əbülfət Əsgərovdur.